• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Qərbi Azərbaycan İcmasından Ermənistana tələb

siyaset

12-01-2023, 10:14

Qərbi Azərbaycan İcmasından Ermənistana tələb


Qərbi Azərbaycan İcması müraciət yayıb.

Müraciətin mətnini təqdim edirik:

"1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatımız hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur.

İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir. Bu proses 1905-06, 1918-21, 1948-53 və 1988-91-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur. Bu aktların, o cümlədən, 1918-21-ci illərdə “Ermənistan Respublikası”, “Dağlıq Ermənistan Respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələri Ermənistana vermiş və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və 1988-91-ci illərdə Ermənistan SSR-nin əməllərinin nəticələri hələ də qalmaqdadır. Aparılmış etnik təmizləmə nəticəsində 1991-ci ildən həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən, məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmiş, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkilik həyata keçirilmişdir. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir.

Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı ərazi iddiasına, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirmişdir.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünü müdafiə əməliyyatının qələbə ilə başa çatması haqq-ədalətin bərpa olunması istiqamətində mühüm addım olmuş və iki ölkə arasında sülh imkanlarını artırmışdır. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir.

İndiki Ermənistandan qovulmuş azərbaycanlı icmasının ötən onilliklər ərzində mötəbər təmsilçisi olan təşkilatımız icmanın pozulmuş hüquqlarının bərpa edilməsi uğrunda fəaliyyətini daha fəal şəkildə davam etdirmək əzmindədir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır.

Beynəlxalq ictimaiyyətin insan hüquqlarına getdikcə daha artıq əhəmiyyət verməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi İcmanı bu fəaliyyəti daha intensiv şəkildə aparmağa ruhlandırır.

Bütün bunları nəzərə alaraq, “Qərbi Azərbaycan İcması”:

Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir;

Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edir, vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş edir;

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş edir".

Oxunub: 790
Paylaş:
Digər xəbərlər

siyaset

21-12-2022, 10:53

Azərbaycandan Ermənistanla bağlı AİHM-ə müraciət

siyaset

23-09-2022, 09:10

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sübutları əsasında Ermənistana qarşı qərar çıxardı – DETALLAR

siyaset

31-03-2022, 09:25

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

siyaset

31-03-2021, 11:04

Azərbaycan XİN bəyanat yayıb

gundem / cemiyyet

19-02-2019, 16:37

Qərbi Azərbaycan Qaçqınları Mehriban xanım Əliyevaya müraciət etdilər - MƏTN

Şou Biznes
İzlənmə rekordları qıran "Barbi" filmi bu ölkədə qadağan olundu, səbəb isə...
Rəşad Dağlıya hökm oxunub - YENİLƏNİB
CZN Burak atası ilə məhkəməlik oldu
Aparcısından şad xəbər: Məşhur veriliş yenidən ekranlara qayıdır
Razi Əliyeva döyüldü - VİDEO
"Hiss" özünü hiss etdirdi
Cəmiyyət
Dünən, 14:22
Bu abidə NİYƏ SÖKÜLMƏLİDİR? - Diqqət
Dünən, 13:13
Bu şəxslərə işğaldan azad olunmuş ərazilərdə pulsuz ev veriləcək - RƏSMİ
Dünən, 10:18
Elvin Rəhimov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur
30-09-2023, 09:44
"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ
29-09-2023, 16:00
Sentyabrın son gününün hava proqnozu
29-09-2023, 15:30
Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır
Kriminal
5-08-2023, 09:34
Ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə tutulub - VİDEO
31-07-2023, 10:09
Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib - VİDEO
30-06-2023, 09:21
Azərbaycanda 13 milyon manatlıq narkotik ələ keçirilib, 31 nəfər saxlanılıb - VİDEO
Son xəbərlər
  • Dünən, 16:00
    Yeni bahalaşmanın ayaq səsləri? - NƏ ETMƏLİ?
  • Dünən, 15:30
    “Rahatlaşmaq olmaz: Hər kəs ayıq-sayıq olmalıdır!” - ÇAĞIRIŞ
  • Dünən, 14:22
    Bu abidə NİYƏ SÖKÜLMƏLİDİR? - Diqqət
  • Dünən, 14:14
    İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun baş direktoru ilə görüşüblər - YENİLƏNİB + FOTO
  • Dünən, 13:43
    “Nar” şəbəkəsi Xankəndi şəhərində
  • Dünən, 13:13
    Bu şəxslərə işğaldan azad olunmuş ərazilərdə pulsuz ev veriləcək - RƏSMİ
  • Dünən, 13:09
    Prezident Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqladı
  • Dünən, 11:46
    Erməni jurnalist xunta rejiminin Qarabağdakı şok fırıldağını ifşa etdi - VİDEO
  • Dünən, 11:41
    Fransanın daha bir Qarabağ həyasızlığı, Qorboçovun şok arxiv VİDEOSU
  • Dünən, 10:48
    İlham Əliyev: "Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"
  • Dünən, 10:44
    Prezident: Qoşulmama Hərəkatına sədrliyimiz yekdil qərarla uzadılıb
  • Dünən, 10:18
    Elvin Rəhimov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur
  • Dünən, 10:05
    Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb
  • Dünən, 09:41
    Xankəndidə erməni sakinlərlə görüş gözlənilir
  • Dünən, 09:15
    Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər - VİDEO
  • Dünən, 09:02
    "Koronavirusun yeni ştammı omikrondan daha təhlükəlidir" - Rizvanovdan XƏBƏRDARLIQ
  • Dünən, 09:00
    Bakı Xankəndidə dövlətin iradəsini bərpa edir: İrəvan isə "canlı istehkam" barbarlığına başladı
  • Dünən, 08:57
    Səfirliyimizə hücum edən terrorçu barədə ölüm hökmü çıxarılıb - AzTV
  • Dünən, 08:45
    Keçmiş separatçı liderlər artıq Ermənistandadır?
  • Dünən, 08:08
    XİN: Ukrayna ərazilərini güzəştə getməyəcək
  • 1-10-2023, 22:04
    Xırdalanda sakinlər ETİRAZ EDİR - CANLI YAYIM
  • 30-09-2023, 10:15
    Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı
  • 30-09-2023, 10:15
    Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ
  • 30-09-2023, 10:09
    Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb
  • 30-09-2023, 10:00
    Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO
  • 30-09-2023, 09:44
    "TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ
  • 30-09-2023, 09:17
    Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?
  • 30-09-2023, 09:00
    Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ
  • 29-09-2023, 18:06
    Jurnalistlərə qonaqlıq verən tanınmış iş adamı PULUNU ÖDƏMİR – İŞ MƏHKƏMƏLİK OLDU…
  • 29-09-2023, 16:39
    “Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
  • 29-09-2023, 16:00
    Sentyabrın son gününün hava proqnozu
  • 29-09-2023, 15:30
    Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır
  • 29-09-2023, 14:22
    Azərbaycan polisi və hərbçiləri Xankəndidə - VİDEO
  • 29-09-2023, 14:17
    Qarabağ Azərbaycan ərazisidir, sülhməramlı məsələsi Bakı ilə müzakirə olunacaq - Peskov
  • 29-09-2023, 13:34
    Dövlət başçısı: "8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib"
Daha çox
30-09-2023, 10:15
Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı
26-09-2023, 16:00
Azərbaycanla sülh, yoxsa vətəndaş MÜHARİBƏSİ? - Paşinyan SEÇİM QARŞISINDA
27-09-2023, 16:00
Vəzifədən getməmişdən öncə "FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?.. - İLGİNC
1-10-2023, 22:04
Xırdalanda sakinlər ETİRAZ EDİR - CANLI YAYIM
28-09-2023, 21:30
Prezident İlham Əliyev Zəngilanda: Dövlət başçısının səfərinin DETALLARI
29-09-2023, 16:00
Sentyabrın son gününün hava proqnozu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə