• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Manaf Manafov: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq məfkurəsidir

cemiyyet

30-12-2022, 11:53

Manaf Manafov: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq məfkurəsidir


Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov - Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının, dövlətin sabahlarına yönəltməyi bacarır. Belə tarixi şəxsiyyət olan Heydər Əliyev Sovetlər dönəmində də Azərbaycanı düşünürdü, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra da.

Azərbaycançılığı Azərbaycanın sabahlarına işıq bilən Ulu Öndər deyirdi: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Məhz bu məqsədlə də birliyin gücünü dövlətçiliyin gücü kimi dəyərləndirirdi.



Həmrəyliyin böyük mənəvi güc, mübarizələr üçün böyük stimul olduğunu yüksək dəyərləndirən böyük tarixi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarını eyni məfkurə ətrafında birləşdirməyi Azərbaycanın daha gözəl sabahlarına işıq bilirdi. Buna görə də 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi.

Ulu Öndər Dünya azərbaycanlılarının həmrəyliyini həmişə diqqət mərkəzində saxlayırdı, bunu dövlətçiliyin tərkib hissəsi bilirdi. Belə bir tarixi günü təsis etməklə məfkurənin sərhədlərini müəyyənləşdirmişdi.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

“Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Bu kəlam Azərbaycana sədaqətin tarixi-fəlsəfi qayəsi idi.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.

Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilən Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüş, tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar;.

Dövlətimizin diaspor siyasətinin yeni inkişaf mərhələsindədir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Dünya azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün azərbaycanlıları təbrik edir, hər birinə can sağlığı, ailə səadəti, Azərbaycan dövlətçiliyi naminə sədaqətli illər arzulayıram.

Oxunub: 3 180
Paylaş:
Digər xəbərlər

cemiyyet

28-12-2022, 13:30

Nazim Vəliyev: Həmrəylik və milli-mənəvi birlik müstəqilliyimizin simvoludur

cemiyyet

28-12-2020, 09:29

Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

gundem / cemiyyet

7-01-2019, 17:41

Yanvarın 21-i ilə bağlı açıqlama – qeyri-iş günləri açıqlandı

gundem / cemiyyet

18-12-2018, 14:41

Azərbaycanda 5 gün İŞ OLMAYACAQ

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Dünən, 19:46
Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
Dünən, 16:00
Mayda iki dəfə iş saatı qısaldılacaq
Dünən, 10:27
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Dünən, 10:15
Çörəyin qiyməti ilə bağlı qərar verildi
Dünən, 09:40
Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
Dünən, 09:26
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Dünən, 19:46
    Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
  • Dünən, 16:00
    Mayda iki dəfə iş saatı qısaldılacaq
  • Dünən, 15:30
    Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri
  • Dünən, 14:22
    Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
  • Dünən, 13:43
    Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var
  • Dünən, 13:12
    Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
  • Dünən, 12:13
    “İranda dini rejim yerini təhvil verir” İDDİASI
  • Dünən, 11:57
    Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
  • Dünən, 11:54
    İlham Əliyev: Güləş federasiyası gənc idmançıları toplanışlara cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək
  • Dünən, 11:51
    İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
  • Dünən, 10:31
    Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
  • Dünən, 10:27
    Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
  • Dünən, 10:22
    Okamponun videoetirafı - “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
  • Dünən, 10:15
    Çörəyin qiyməti ilə bağlı qərar verildi
  • Dünən, 09:49
    Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR
  • Dünən, 09:43
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Dünən, 09:40
    Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
  • Dünən, 09:26
    Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
  • Dünən, 09:11
    Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
  • Dünən, 09:04
    Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
  • Dünən, 09:00
    Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?
  • Dünən, 08:58
    Bu tarixlərdə iş olmayacaq
  • Dünən, 08:41
    Azərbaycanda zəlzələ OLDU
  • Dünən, 08:37
    "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb
  • Dünən, 08:33
    Bakı sakinlərinə pis xəbər
  • Dünən, 08:30
    ADNA-da törədilən terror aktından 17 il ötür
  • Dünən, 08:25
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 16:00
    Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
  • 29-04-2026, 15:30
    Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
  • 29-04-2026, 12:37
    TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
  • 29-04-2026, 12:07
    Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
  • 29-04-2026, 12:02
    Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
  • 29-04-2026, 11:58
    Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
  • 29-04-2026, 11:30
    Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
  • 29-04-2026, 11:17
    Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Daha çox
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
24-04-2026, 09:46
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 09:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
24-04-2026, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
24-04-2026, 09:00
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
24-04-2026, 11:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə