6-12-2022, 11:07
“Dərmanların tapılmaması və bahalılığı sıxıntılar yaradır, tədbir görülsün” – Rəşad Mahmudov

“Dərmanların tapılmaması və bahalılığı sıxıntılar yaradır, tədbir görülsün” – Rəşad Mahmudov


Müalicədə təsirli olan dərman vasitələrinin tapılmaması və bahalığı xəstələr üçün sıxıntılar yaradır.

“Bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin tapılmaması və bahalığının qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi tələb olunur.

“Dərman vasitələrinin tapılmaması və bahalığının yaranmasının 3 əsas səbəbi var. Bunlardan ikisi beynəlxalq, biri isə ölkədaxili məsələdir. Düzdür, aidiyyatı dövlət qurumları məsələnin ciddiliyini dərk edir, amma problem hələ də həllini tapmır”, - o qeyd edib.

Deputat əlavə edib ki, beynəlxalq praktikaya əsasən dərman vasitələri istehsalı, satışı ilə əsasən özəl şirkətlər məşğul olur, dövlət isə tənzimləyici rolunda çıxış edir.

“Ölkədaxili məsələyə gəldikdə, deyə bilərəm ki, qiymət artımı və problemləri ilə bağlı çevik reaksiya verilməməsidir. Çünki şirkətlər qiymət bahalığından dərman vasitələrini ölkəyə gətirmək istəyir, amma çətinlik çəkilər. Odur ki, məsələ həllini tapmalıdır”, - deputat qeyd edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın