25-11-2022, 10:46
Terror törədilən İstiqlal küçəsində qadağalar tətbiq edildi

Terror törədilən İstiqlal küçəsində qadağalar tətbiq edildi


Türkiyənin İstanbul şəhərində terror aktı baş verən İstiqlal küçəsində qadağalar tətbiq olunub.

"Haber Global" xəbər verir ki, bu barədə məlumatı İstanbul valisi Ali Yerlikaya açıqlayıb.

Belə ki, 1400 metr uzunluğa malik sözügedən küçədə stend qurmaq, küçə ticarəti, küçə musiqisi, sosial, mədəni və yaxud kommersiya tədbirlərinin təşkili, stol, stul, lövhə, səyyar tablolar qoymaq, sərgi qurmaq, kollektiv və ya fərdi çıxışlar qadağan olunub.

Qərarın verilməsinə səbəb İstiqlal küçəsində təhlükəsizliyi və eləcə də piyadaların hərəkətinin sürətləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, noyabrın 13-ü İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın