Cəbrayıl rayon Uşaq Musiqi məktəbi son illər öz nailiyyətləri ilə hər kəsi sevindirir
gundem / cemiyyet
23-11-2022, 10:19
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanovdur.
Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vüsal Zamanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Cəbrayıl rayon Uşaq Musiqi məktəbi son illər öz nailiyyətləri ilə hər kəsi sevindirir. Məktəbin müəllim kollektivi mütəmadi olaraq iş prinsiplərinə uyğun çalışırlar: "Məktəbimizin gözəl kollektivi, savadlı müəllimlərimiz var. Baxmayaraq ki, əvvəllər köçkün məktəbi kimi fəaliyyət göstərmişik və 44 günlük müharibədən sonra bu ad üstümüzdən götürülüb, məktəbimizdə istedadlı şagirdlər çoxdur və buna da dərs deyən savadlı müəllimlərimiz vardır. Biz bundan sonra öz üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəyik". Mütəmadi olaraq şəhid ailələrinə yardım etmək və qəbirlərini ziyarət etmək məktəb kollektivinin gündəlik işinə çevrilib. Biz dünyanın ən qabaqcıl milləti olaraq 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdik. Buna görə biz Ali Baş Komandan Cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Bundan yaxşı nə ola bilər?
Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Vüsal Zamanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüsal Zamanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Vüsal Zamanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Vüsal Zamanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Vüsal Zamanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Vüsal Zamanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Vüsal Zamanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vüsal Zamanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vüsal Zamanov özünü doğruldub. Bizdə hörmətli Vüsal Zamanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.