• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

gundem / cemiyyet

2-11-2022, 12:34



ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Yel qayadan nə aparar? İt hürər karvan keçər, kişilərin keçdiyi karvan yolu

Son günlər bəzi internet saytlarında Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Mehman Rzayev Gəncə Tibb Kollecini belə talayır... - mətbuata da deyir ki, “Sizə nə dəxli var”" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev - 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən birliyimizi, həmrəyliyimizi xüsusi qeyd edirik. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşməklə ifadə etdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır.

Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibə birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ayrı-ayrı şəhərlərdən, rayonlardan, kənd və qəsəbələrdən torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olub, silaha sarılan oğullarımızın hər biri özünəməxsus bir salnamə yazdı. Hər birinin torpaqlarımızın işğaldan azad olunmasında öz payı var. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən oğullarımız ən yüksək zirvəyə- şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısı İlham Əliyev daim xalqa müraciətlərində qələbənin qazanılmasında əsgərlərimizin rolunu önə çəkərək müharibədən sonra birinci xanım Mehriban Əliyeva ilə ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə olmasını belə əsaslandırmışdır ki, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.”

Prezident İlham Əliyev müsahibələrində bu fikri xüsusi qeyd edir ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi oldu. Ölkəmizin möhtəşəm qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi, Qarabağ 30 illik işğaldan xilas edildi. Prezident İlham Əliyevin müharibənin gedişi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin “Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabı Prezident-xalq-ordu birliyinin, həmrəyliyinin, həmçinin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Suala cavabında Müzəffər Ali Baş Komandan bildirmişdir ki, ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir: “Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.”

Dövlət başçısı İlham Əliyevin həmin dövrdə xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri bugünümüz və gələcəyimiz üçün zəngin mənbədir. Azərbaycan xalqının fədakarlığı bir daha göstərdi ki, biz böyük xalqıq. Birliyimiz bizi daha da gücləndirdi. Azərbaycanın tarixində yeni səhifə başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

Oxunub: 2 790
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 11:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
Bu gün, 09:57
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Bu gün, 09:19
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
1-08-2026, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 14:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • Bu gün, 13:06
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
  • Bu gün, 12:55
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • Bu gün, 12:49
    İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
  • Bu gün, 12:08
    Rəsmi Bakı Pakistana başsağlığı verdi
  • Bu gün, 11:57
    Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
  • Bu gün, 11:50
    Prezident açılışda - Fotolar
  • Bu gün, 11:14
    “Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
  • Bu gün, 11:01
    İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
  • Bu gün, 10:54
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • Bu gün, 10:49
    Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
  • Bu gün, 10:15
    "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
  • Bu gün, 10:08
    Əhalinin DİQQƏTİNƏ! Bu tarixdən havalar SƏRİNLƏŞİR
  • Bu gün, 09:57
    Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
  • Bu gün, 09:38
    Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
  • Bu gün, 09:32
    Tərtərdə əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
  • Bu gün, 09:24
    Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
  • Bu gün, 09:19
    Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
  • Bu gün, 09:00
    "Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"
  • Bu gün, 08:47
    İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
  • Bu gün, 08:40
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bu gün, 08:36
    Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
  • 1-08-2026, 11:47
    Sabah 39° isti olacaq
  • 1-08-2026, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • 1-08-2026, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 1-08-2026, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • 1-08-2026, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 1-08-2026, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • 1-08-2026, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • 1-08-2026, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • 1-08-2026, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • 1-08-2026, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
Daha çox
1-08-2026, 11:47
Sabah 39° isti olacaq
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
1-08-2026, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə