Xəbər lenti
» » Mərkəzi Bankın valyuta ehtiyatları cüzi azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları cüzi azalıb

Tarix: 04 avqust 11:38
Mərkəzi Bankın valyuta ehtiyatları cüzi azalıb

2015-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları iyun ayı ilə müqayisədə 18,7 milyon dollar (0,2 faiz) azalaraq 8,5 milyard dollara enib.

Trend xəbər verir, bu barədə AMB-nin statistik məlumatlarında deyilir.

2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 5,26 milyard dollar (38,2 faiz) azalıb.

AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyul ayından müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, dekabrdan etibarən kəskin azalma baş verib. Bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.

Artıq bu ilin may-iyun ayında valyuta ehtiyatlarının artımı bərpa edildi. Belə ki, aprel ayı ilə müqayisədə may ayında AMB-nin ehtiyatları 42,9 milyon dollar (0,51 faiz) artaraq 8,43 milyard dollara qalxıb, iyun ayında isə 89,4 milyon dollar (1,06 faiz) artıb.
 Oxunub: 193 


Oxşar xəbərlər:
Ən çox oxunanlar