• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Londonda 6 milyon funt sterlinqə mənzil alan Adnan Əhmədzadə kimdir? - O, milyonluq at minir

gundem

26-04-2019, 04:26

Londonda 6 milyon funt sterlinqə mənzil alan Adnan Əhmədzadə kimdir? - O, milyonluq at minir


SOCAR-ın prezidenti Rövnəq Abdullayev ölkə neftinin xarici bazarlara satışını faktiki olaraq qohumu Anar Əliyevə və Əhmədzadə qardaşlarına etibar edib. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, ölkə neftinin xarici bazarlara satışını həyata keçirən SOCAR-Tradingin üzü Sinqapurdan bəri Cenevrədəki baş ofisinə qədər nə əməliyyatlar keçirilib, nə maxinasiyalara yol verilib, bunlar çox dərin araşdırmalar tələb edir. Sadəcə dövlətin neft şirkətinin düşdüyü durumu xatırlamağınız kifayətdir.


Rövnəq Abdullayev
Aydın məsələdir ki, 10 milyarda çatan borcu nə ağzı köpüklənə-köpüklənə SOCAR-ın müdafiəsinə qalxmış məlum deputat, nə Rövnəq Abdullayev, nə də qeyrisi ödəməyəcək, yenə o pullar xalqın cibindən çıxacaq, boğazından kəsiləcək.
Kimdir cənab Əhmədzadə?
2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisidir, SOCAR-Trading-ə rəhbərlik edir. Amma Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qohumudur. Bəzən deyirlər, "Adnan kiçik adamdı”, amma bu kiçik adamın özünün belə ultra-lüks həyatı, zəngin yaşayışı ingilisləri belə heyrətə gətirir. Bahalı SR brendinin düşkünüdür. Artıq şəkillərini mətbuatda yayılan bahalı avtomobillər, qiyməti 1 milyon dollara çatan Jacob Co Astronomia saatı, Palm Cümeyrada daşınmaz əmlak, şirkətlər – bunlar bir idarə rəisinin gözünü doyurmayacaq qədər əldə etdiyi imkanlardır.

Adnan Əhmədzadə
Bu ilin fevralında yerli mətbuatda SOCAR-da aparılan yoxlamalar zamanı törəmə şirkətlərdə ciddi maxinasiyalar və vergidən yayınma hallarının üzə çıxdığı, Rövnəq Abdullayevin kassası kimi tanınan Adnan Əhmədzadənin saxlandığı və daha sonra sərbəst buraxıldığı barədə təsdiq olunmamış məlumat yayılmışdı. Azərbaycanda SOCAR rəsmisinin geniş biznes şəbəkəsinin olduğu barədə məlumatlar var.
Məsələn Rahat supermarketlər şəbəkəsi, Xoxo gecə klubu, hətta Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən "Caspian Service” tikinti şirkətinin də Adnan Əhmədzadəyə məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı "Throughbred” atları var. Amma bunlar hamısı deyil...

"Throughbred” atı
İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan (8 milyon dollara yaxın) mənzil aldığı haqqında sənəd yerləşdirilib. Söhbət ingilislərin Hamlet Tower adlandırdığı, Denison House, 20 Lanterns way ünvanındakı 409-saylı mənzildən gedir. Sənədə görə mənzil üçün ödəniş İngiltərənin cənubundakı Channel adalarında qeydiyyatdan keçmiş Hambros BANK LİMİTED üzərindən reallaşdırılıb.

Adnan Axundzadənin avtomobilləri
Sənədlərdən göründüyü kimi 5 milyon 500 min funt sterlinq dəyərində birinci ödəniş 26 aprel 2018-ci il tarixdə Adnan Əhmədzadənin öz adına olub. Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Yeri gəlmişkən Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Londondakı mənzilə görə 550 min funt sterlinqlik ikinci ödəniş 2019-cu il fevralın 14-də Aa Properties 2000 Limited şirkəti üzərindən həyata keçirilib.

AA PROPERTIES 2000 LTD 2015-ci il dekabrın 4-də Londonda qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 09903368, hüquqi ünvanı London, 32 Old Burlington Street-dir. Şirkətin təsisçisi Adnan Əhmədzadədir. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. SOCAR-ın idarə rəisi və SOCAR Tradingin rəhbəri 2017-ci il yanvarın 9-a qədər həm də təsisçisi olduğu özəl şirkətdə direktor vəzifəsini icra edib. Bu tarixdən bəri şirkətə 1994-cü il təvəllüdlü Nigar Kərimli rəhbərlik edir.
Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 08715209, qeydiyyat ünvanı Gallium House Unit 2, Station Court Borough Green Sevenoaks Kent. Şirkət daşınmaz əmlak alışı və satışı ilə məşğuldur. Şirkətin səhmdarları arasında azərbaycanlılardan Elmar Ağamalıyev, Toğrul Rzayev adlı şəxslərlə yanaşı (hər ikisi SOCAR Tradingin işçisidir), Corinthia Properties SA şirkətinin adı da var. Bu şirkət İsveçrədə qeydiyyatdan keçib və Bakı şəhəri, Bülbül prospekti 18 ünvanında qeydiyyatda olan 1976-cı il MİRZƏCANOVA DİLARƏ CAHANGİROVNA adlı qadının adına rəsmiləşdirilib.

Qeyd edək ki, bu ünvanda AZAL prezidenti Cahangir Əsgərovun qızları Cəmilə və Məlahət Əsgərovalar da bu ünvanda qeydiyyatdadırlar. Reyestr xidmətinə 2 dekabr 2018-ci ildə əlavə edilən məlumata görə şirkətin səhmlərinin dəyəri 1 milyon 12 min 382 funt sterlinq təşkil edib. 2016-cı ilin aprelin 6-da Adnan Əhmədzadənin qardaşı, 1977-ci il təvəllüdlü Xəyal Əhmədzadə və atası, 1948-ci il təvəllüdlü Azər Əhmədzadə bu şirkətin səhmlərinin böyük hissəsini alaraq, şirkətin 75 faizinə nəzarət edir.
Adnan Əhmədzadənin qardaşı, Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. Qardaşının prezidenti olduğu SOCAR-Trading-də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edir. Maraqlı nüanslardan biri Xəyal Əhmədzadənin qeydiyyat ünvanının Dilarə Mirzəcanova Cahangirovnaya aid Corinthia Properties SA şirkətinin Cenevrədəki ünvanının eyni olmasıdır.

Digər nüans, SOCAR Tradingin direktorlarından biri Məryəm Almaszadənin də Dilarə Mirzəcanovaya digər şirkətdə pay sahibi olmasıdır. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 410363, nizamnamə kapitalı 3.006,00 avrodur. Amma bu şirkət SOCAR rəsmisi üçün sadəcə viza və rezidensiya məqsədi daşıyır.


İxtiyar Axundov
Rövnəq Abdullayevin daha bir adamı, SOCAR-ın törəmə müəssisə Boss-Shelfin prezidenti İxtiyar Axundovun Amerika macəraları üzə çıxıb. Marqlıdır, SOCAR-ın kisəsinə girənlərin hamısı necə biznesmen olub. Yadınızdadır, o, Miamidə milyonlarla dollara mənzil almışdı? Bu mətbuata bəlli olanıdır, adam Amerikanın şərqindən vurub qərbindən çıxır, Miamidən girib San-Fransiskodan çıxır. C.Həsənlinin növbəti araşdırması İ.Axundov haqda olacaq.

Eyni zamanda Rövnəq Abdullayev Polaris Plazanın 8-ci mərtəbəsindəki böyük "işlər”i barədə xəbəriniz olacaq.


















Oxunub: 1 560
Paylaş:
Digər xəbərlər

siyaset

10-02-2022, 15:31

Rövnəq Abdullayev SOCAR rəhbəri vəzifəsindən azad edildi

iqtisadiyyat

14-12-2020, 09:24

Növbəti qələbə - “SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub

siyaset

2-10-2019, 10:17

"Bilinmir ki, onlar qazilərdir, ya yox" — Rövnəq Abdullayev

gundem / cemiyyet

3-09-2019, 08:58

Rövnəq Abdullayev 50 min nəfərin maaşını artırdı

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Bu gün, 19:46
Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
Bu gün, 16:00
Mayda iki dəfə iş saatı qısaldılacaq
Bu gün, 10:27
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Bu gün, 10:15
Çörəyin qiyməti ilə bağlı qərar verildi
Bu gün, 09:40
Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
Bu gün, 09:26
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Bu gün, 19:46
    Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
  • Bu gün, 16:00
    Mayda iki dəfə iş saatı qısaldılacaq
  • Bu gün, 15:30
    Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri
  • Bu gün, 14:22
    Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
  • Bu gün, 13:43
    Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var
  • Bu gün, 13:12
    Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
  • Bu gün, 12:13
    “İranda dini rejim yerini təhvil verir” İDDİASI
  • Bu gün, 11:57
    Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
  • Bu gün, 11:54
    İlham Əliyev: Güləş federasiyası gənc idmançıları toplanışlara cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək
  • Bu gün, 11:51
    İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
  • Bu gün, 10:31
    Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
  • Bu gün, 10:27
    Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
  • Bu gün, 10:22
    Okamponun videoetirafı - “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
  • Bu gün, 10:15
    Çörəyin qiyməti ilə bağlı qərar verildi
  • Bu gün, 09:49
    Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR
  • Bu gün, 09:43
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Bu gün, 09:40
    Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
  • Bu gün, 09:26
    Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
  • Bu gün, 09:11
    Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
  • Bu gün, 09:04
    Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
  • Bu gün, 09:00
    Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?
  • Bu gün, 08:58
    Bu tarixlərdə iş olmayacaq
  • Bu gün, 08:41
    Azərbaycanda zəlzələ OLDU
  • Bu gün, 08:37
    "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb
  • Bu gün, 08:33
    Bakı sakinlərinə pis xəbər
  • Bu gün, 08:30
    ADNA-da törədilən terror aktından 17 il ötür
  • Bu gün, 08:25
    XTQ-nin yaradılmasından 27 il ötür
  • Dünən, 16:00
    Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
  • Dünən, 15:30
    Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
  • Dünən, 12:37
    TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
  • Dünən, 12:07
    Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
  • Dünən, 12:02
    Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
  • Dünən, 11:58
    Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
  • Dünən, 11:30
    Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
  • Dünən, 11:17
    Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Daha çox
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
24-04-2026, 09:46
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 09:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
24-04-2026, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
24-04-2026, 09:00
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
24-04-2026, 11:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə