6-06-2022, 09:39Şamaxıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksi açıldı - Fotolar

Şamaxı rayonunun Birinci Çaylı kəndində bu kənddən olan şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Abidənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon təşkilatının sədri Tural Qasımlı, din xadimləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymadığını xüsusi qeyd edib, ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordu birliyindən bəhs ediblər. Bildirilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Çıxış edən şəhid ailələri və ictimaiyyət nümayəndələri dövlət tərəfindən şəhid ailələri və müharibə əllillərinə daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın
Oxşar mövzular:

Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞIN AÇILIŞI OLUB

Ağdaşda şəhidlərə xatirə abidəsi qoyuldu - FOTO

Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi

Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri narazılıq edir - Nazirə GİLEY