Şamaxı şəhər stadionunda AFFA Region Liqasının final mərhələsi keçirilib
gundem / bolge
21-05-2022, 13:23
Patriot.az xəbər verir ki, 20.05.2022-ci il tarixində Şamaxı şəhər stadionu AFFA Region Liqasının final mərhələsinə ev sahibliyi edib. Şamaxı şəhər stadionunda final qarşılaşmasında “Cəbrayıl” və “Xan Lənkəran” komandaları üz-üzə gəlib. Həlledici oyunda rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Cəbrayıl” komandası AFFA Region Liqasının 2021-2022-ci illər mövsümünün qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Cəbrayıl” komandasının üzvü Tapdıq Əhmədov mövsümün ən yaxşı oyunçusu kimi mükafatlandırılıb. Mükafatları Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov təqdim ediblər.