20-05-2022, 10:37
Şər və Böhtan yazanlara tutarlı cavab - Görəsən bəzi sayt rəhbərləri Hikmət Şikarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdan nə istəyir? Yel qayadan nə apara bilər? - ÖZƏL

Şər və Böhtan yazanlara tutarlı cavab - Görəsən bəzi sayt rəhbərləri Hikmət Şikarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdan nə istəyir? Yel qayadan nə apara bilər? - ÖZƏL


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov insanların, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdirlər. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Şər və Böhtan yazanlara tutarlı cavab - Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Şamaxı Rayonun da, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Şamaxıda Vəzifə Davası Və Maxinasiya – ŞOK FAKTLAR". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarovun və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarovdur.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hikmət Şikarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hikmət Şikarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Hikmət Şikarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Hikmət Şikarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın