17-05-2022, 09:44
Sumqayıt şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Sumqayıt şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Sumqayıt şəhərində növbəti səyyar qəbul keçirilib



Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində keçirib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqət ayırdığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.




Zakir Fərəcov 31 nömrəli məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü



Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 11-ci mikrorayon ərazisində yerləşən 31 nömrəli məktəbdə olub, mövcud şəraitlə yaxından tanış olur.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.

Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.

Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.



Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi, vətəndaşların problemlərini dinlədi



Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə müxtəlif yerlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində keçirib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqət ayırdığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın