• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Türkiyə və Qazaxıstan arasında yaxınlaşma... - Yeni güc mərkəzi Azərbaycana nə vəd edir?

dunya

14-05-2022, 09:00

Türkiyə və Qazaxıstan arasında yaxınlaşma... - Yeni güc mərkəzi Azərbaycana nə vəd edir?


May ayının 10-11-də Qazaxıstan prezidenti Kasımjomərd Tokayevin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, siyasi, hərbi, humanitar və digər sahələri əhatə edən mühüm sənədlər imzalandı.
Rusiya-Ukrayna(Qərb) müharibəsi fonunda Qazaxıstan və Türkiyə arasında münasibətlərin daha da dərinləşməsini özündə ehtiva edən sənədlərin imzalanmasının mahiyyəti və əhəmiyyəti nədən ibarət ola bilər?

– Məsələ bundadır ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Türkiyə isə NATO-nun əsas aparıcı üzvüdür. Hazırda Rusiya və Qərb (NATO) arasında Ukrayna ərazisində gərgin müharibə gedir. Heç şübhəsiz ki, bu müharibə həm Rusiyanın, həm də Qərbin imkanlarını tükədir, resurslarını azaldır. Situasiya elə yaranıb ki, müharibə Rusiya və Qərbin türk dövlətlərinin birliyinə qarşı yönələn addımlarını da tormozlayıb.

Məhz belə bir məqamda Qazaxıstanın Rusiyanın nəzarəti altında olan KTMT-dən, Türkiyənin isə ABŞ-ın söz sahibi olduğu NATO-dan qopması mühüm addımdır. Ələlxüsus, iki xristian cəbhəsinin müharibə apardığı bir ərəfədə yeni “Türk güc mərkəzi”nin yaradılması ciddi tarixi əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının mövcudluğu prosesin daha ciddi şəkil almasının tarixi, hüquqi və siyasi bazasını təşkil edir.

– Türk Dövlətləri Təşkilatının üç əsas mərkəzi var – Bakı, İstanbul və Nur-Sultan şəhərləri… İstanbul və Nur-Sultan arasında görüş keçirildi. Bakı və Ankara arasında da indiyə qədər “Şuşa” bəyannaməsi də daxil mühüm sənədlər imzalanıb. Proseslərin təhlili göstərir ki, yaxın gələcəkdə rəsmi Bakı və Nur-Sultan arasında da yeni sənədlərin imzalanması gündəmə gələ bilər. Bu, xüsusilə iki ölkənin parlamentləri səviyyəsində baş tuta bilər. Türkiyə türk dövlətləri arasında “ümumi katiblik” (proseslərin nüvəsi rolunu oynayır) funksiyasını yerinə yetirir.

– Qazaxıstan neft-qaz ehtiyatları ilə olduqca zəngin ölkədir. Dünyada ərazisinə görə doqquzuncu yerdə olan Qazaxıstan neft-qaz ehtiyatlarına görə də ilk onluqda qərarlaşır. Orta Asiyada Şərq və Qərb arasında ən mühüm logistik mərkəz hesab olunan Qazaxıstan Rusiyanın cənub sərhədləri boyunca yeni nəqliyyat dəhlizinin reallaşmasını təmin etmək iqtidarına malik ölkədir. Proseslər onu deməyə əsas verir ki, türk dövlətləri arasındakı istiləşmənin iqtisadi dayaqlar üzərində formalaşması qərara alınıb. Çünki nəhəng iqtisadi resurslar resurslar formalaşdırmadan siyasi mərkəzə çevrilmək mümkün deyil.

– Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin Moskvaya qarşı sanksiyalara qoşulmamasını labüd edən ciddi səbəblər var idi, onlardan birini prezient Ərdoğan dilə gətirmişdi ki, “… çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm”. Nəzərə almaq lazımdır ki, Türkiyə böyük sənaye dövlətdir, Qazaxıstan isə təbii sərvətlərlə zəngin strateji coğrafiyadır, ölkədir.

Düşünürəm ki, Türkiyə və Qazaxıstan arasındakı münasibətlər Ankaranın Moskavandan qaza asılılığını da tədricən aradan qaldıra bilər. İki ölkə arasındakı imzalanan sənədlərin təhlili də bunu deməyə əsas verir. Türkiyə neft-qaz ehtiyatları baxımından Rusiyadan, hərbi-siyasi cəhətdən də Qərbdən asılılığı maksimum dərəcədə sıfırlamağı qərara alıb. Ərdoğanın atdığı addımlar hər iki istiqamətdə türk dövltələri ilə birliyin tərəfdarı olduğunu sübut edir.

– Ərdoğanın Asiya qitəsində sürətli və strateji alması onu deməyə əsas verir ki, 2023-cü il Türkiyədəki prezident seçkilərində Qərb onu birmənalı şəkildə dəstəkləyəcək. Çünki həm Şərqdə yeni güc mərkəzi yaradan Ərdoğan, Qərbg ölkələri arasında da hələ uzun illər davam edəcək açıq və qapalı savaşları kompromis nöqtəyə gətirə biləcək yeganə və alternativsiz liderdir.

– Türkiyə-Qazaxıstan arasındakı yaxınlaşması rəsmi Bakının yeni iqtisadi-siyasi güc kimi önə çıxmasını daha da təmin etmiş olacaq. Hazırda regiondakı qlobal əhəmiyyətli logistik-nəqliyyat dəhlizlərin mühüm icraçısı və təşəbbüskarı olan Azərbaycan bu baxımdan Qazaxıstanla eyni siyasi paraleldə üst-üstə görüşür. Qazaxıstanın Xəzər dənizindəki logistik əhəmiyyəti iki ölkə arasında yeni istiqamətlər də formalaşdıra bilər. Sevindiricidir ki, 2021-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 332,2 milyon dollar səviyyəsinə gəlib çatıb. Qazaxıstandan Azərbaycana ixrac 3,4 dəfə artaraq 287,9 milyon, idxal isə 77,3% artaraq 44,4 milyon dollar təşkil edir.

Oxunub: 2 950
Paylaş:
Digər xəbərlər

dunya

2-03-2022, 08:58

Ərdoğan Rusiya və Ukraynaya müraciət etdi

dunya

8-02-2022, 10:49

Putin elan etdi: Bu halda müharibə başlayacaq!

dunya

13-01-2022, 10:21

Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir

dunya

21-02-2020, 13:58

SON DƏQİQƏ: Türk və rus ordusu arasında dəhşətli toqquşma baş verdi – Şiddətli döyüşlər gedir

gundem / dunya

5-04-2018, 15:30

“Rusiya ilə 300 illik müharibə davam edəcək” – ŞOK PROQNOZ

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
Dünən, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
30-07-2026, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
30-07-2026, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
30-07-2026, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 11:47
    Sabah 39° isti olacaq
  • Dünən, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • Dünən, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • Dünən, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • Dünən, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • Dünən, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • Dünən, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • Dünən, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • Dünən, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • Dünən, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • Dünən, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 31-07-2026, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
Daha çox
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Dünən, 11:47
Sabah 39° isti olacaq
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə