• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Kolbasa ətdən hazırlanırsa, niyə ondan ucuzdur? – Ekspert izah edir

sehiyye

18-04-2022, 09:30

Kolbasa ətdən hazırlanırsa, niyə ondan ucuzdur? – Ekspert izah edir


Otto fon Bismark deyirdi: "Kolbasa və siyasət - əgər onlardan həzz almaq istəyirsinizsə, necə hazırlandıqları ilə maraqlanmayın". Söhbət kolbasadan gedəndə əvvəllər çox da maraqlanmırdıq, amma indi istehsalçı və çeşid o qədərdir ki, maraqlanmamaq olmur. Bizə fərqli qiymətə, müxtəlif çeşiddə təqdim edilən məhsullardan hansını alaq? Necə seçək?
Milli.az Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Mühəndislik və tətbiqi elmlər" kafedrasının Qida mühəndisliyi bölməsinin dosenti, texnika elmləri namizədi Natəvan Qədimova ilə söhbətləşib.

- Mal əti kolbasasıdır, ancaq kiloqramı mal ətinin qiymətindən ucuzdur. Kolbasa alarkən vitrindəki məhsullara baxan çox alıcını bu sual düşündürür: Kolbasa ətdən hazırlanırsa, qiyməti niyə ətdən ucuzdur?

- Kolbasa məmulatları reseptura və standartlar əsasında istehsal edilir. Resepturaya uyğun olaraq 100 kq xammala ətdən əlavə donuz piyi (yaxud başqa heyvan piyi), un, duz, nişasta, sarımsaq, yumurta melanjı, müxtəlif ədviyyatlar, nitrit və s. qatılır. Hazırda bir kiloqram sümüksüz ətin qiyməti 14 manatdır. Kolbasada 1 kiloqrama yaxın ət istifadə edilirsə, onun qiymətinin üzərinə sadaladığım digər məhsulların qiymətini, istehsal xərclərini, müəssisə işçilərinin əmək haqqını, satış müəssisəsinin qoyduğu 10-20 faiz rüsumu da əlavə etsək, deməli, kolbasa ətlə eyni qiymətə yox, ondan baha olmalıdır.

- Onda ucuz kolbasa necə ərsəyə gəlir?

- 100 faiz resepturaya uyğun və yüksək keyfiyyətli ətdən istifadə etməklə məhsul istehsal olunanda qiyməti baha, alıcısı isə az olur. Bu isə istehsal müəssisələri üçün sərfəli deyil. Orta səviyyəli insanlar baha kolbasa məmulatlarını ala bilmir. Ona görə, ucuz variantlardan istifadə edib daha aşağı qiymətə başa gələn məhsulları bazara çıxaranlar çoxdur. Məsələn, əti soya və ya heyvan zülalları ilə əvəz edir, heyvan cəmdəyinin daha ucuz və qidalılıq dəyəri aşağı olan hissəsindən - mədə, bağırsaq, qığırdaqdan istifadə edirlər. Bu üsullarla məhsulun maya dəyərini aşağı salmaq mümkündür. Ucuz məhsulun ərsəyə gəlməsinin bir səbəbi soyanın tətbiqidir. Soya adi ağ rəngli tozdur, suyu özünə çəkdiyində şişir və həcmini dəfələrlə artırır, nəticədə məhsul çıxımını yüksəldir. 100 kiloqram kolbasaya 1-3 faiz miqdarında soya əlavə edilə bilər, ancaq istehsal olunan məhsulun çıxımını artırmaq məqsədi ilə bu miqdar yüksəldilir. Nəticə etibarilə bu, ətə qənaət imkanı yaradır. Məsələn, əgər 100 kiloqram qiyməyə 10 kiloqram soya əlavə edilərsə, o, özünə 5-6 litr su birləşdirir, həcmi artır və nəticədə 60 kiloqram artıma səbəb olur.

- Yəni əsas narahat edən məsələ soyanın miqdarıdır?

- Soya bitki zülalıdır və insan sağlamlığı üçün zərərli deyil. Etiketdə hər hansı məhsulun tərkibində soya görəndə şübhə ilə baxmasınlar. Soyanın miqdarına baxsınlar. Əslində, soyanın miqdarı etiketdə qeyd olunmalıdır. Bir çoxu qeyd edir, amma etməyənlər də var. Narahat edən digər məsələ odur ki, kolbasaya əlavə edilən soya Geni Modifikasiya Olunmuş (GMO) məhsuldurmu? Çünki qida məhsulları içərisində ən çox geni dəyişdirilmiş məhsullardan biri də soyadır. GMO-lar isə orqanizmə ziyanlıdır.

- Soyanı çox istifadə edən istehsalçı məhsulun üzərində onun miqdarını düzgün yazmaya bilər. Bəs alıcılar bunu ev şəraitində necə təyin edə bilərlər?

- Tərkibində ətin miqdarı daha çox olan kolbasa məmulatını tavada qızardanda, onlar yığılır, yumrulanır. Tərkibində çoxlu miqdarda soya olan kolbasa məmulatlarını eyni şəraitdə qızartdıqda, yağdan asılı olmayaraq, tavaya yapışır. Əgər yapışırsa, tərkibində soya var, özü də artıq miqdarda.

- Kolbasa sağlam qida adlandırılmır. İstehsalda sağlamlıq məsələsinə yanaşma necədir?

- Hər bir qida məhsulu kimi kolbasa məmulatları da keyfiyyətinə görə standartların tələblərinə cavab verməlidir. O, keyfiyyətli olmalı, tərkibində insan sağlamlığına mənfi təsir edən maddələr olmamalıdır.

- Əsas məsələ də elə keyfiyyəti təyin etməkdir...

- Bəli, kolbasa məhsullarının keyfiyyətini təyin etmək üçün öncə məhsulun etiketinə fikir verilməlidir. Etiketdə məhsulun adı, onun növü, tərkibi, standartın nömrəsi, istehsal tarixi, saxlanma şəraiti, yararlılıq müddəti kimi vacib məlumatlar göstərilməlidir. Etiketində vacib məlumatlar qeyd olunmayan məhsulları almaq olmaz. Satış yerində kolbasa məmulatlarının saxlanma şəraitinə diqqət edilməlidir. Aldıqları kolbasa məmulatlarında heç bir boşluq olmamalı, örtüyü quru olmalı, rəngi həddən artıq parlaq olmamalı, iyində ətə və ədviyyatlara xas iy hiss olunmalı, dadında turşuma, xarab olma hiss edilməməlidir.

- Kolbasa məmulatlarının istehsalında natrium nitrit istifadə edilir. Bunun xərçəngə səbəb olması ilə bağlı fikirlər də səsləndirilir.

- Bu maddənin kolbasa məmulatlarının istehsalında müxtəlif funksiyaları var. Birincisi, natrium nitrit əsas konservant kimi çıxış edir, məhsullarda botulizm törədicilərinin inkişafının qarşısını alır. Digər funksiyası kolbasa məmulatlarının rənglənməsində mühüm rol oynamasıdır. Kolbasa məmulatlarının istehsalı zamanı onlar müxtəlif istiliklə emal proseslərindən keçir və nitrit əlavə edilməzsə, kolbasa boz rəngdə alınır. Nitritin əlavə edilməsi ilə hazır məhsul çəhrayı rəng alır. Düzdür, nitrit zəhərli maddədir, orqanizmə mənfi təsiri də var, bilavasitə xərçəng xəstəliyinə səbəb olur. Ancaq nitritin miqdarı standartlarla məhdudlaşdırılır. Ona görə də, miqdarı önəmlidir. Kolbasa məmulatlarında 100 kiloqram qiymədə 5-7 qrama qədər natrium nitrit istifadə edilə bilər. Tərkibindəki nitritlə xərçəngə yoluxmaq üçün təxminən gündə 100 kiloqrama qədər kolbasa yeyilməlidir. Bu cəhətdən nitrit o dərəcədə zəhərli deyil. İstehsalçılar normal rəngin alınması üçün, hətta 3 qram nitrit istifadə edirlər.

Oxunub: 3 860
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat

5-04-2022, 16:00

Bakıda satılan çiyələyin qiyməti niyə belə ucuzdur?

hadise

12-02-2022, 09:00

Bu görüntülərə görə kolbasa sexi bağlandı - FOTO

iqtisadiyyat

6-02-2020, 13:39

Azərbaycanda bu məhsullar bahalaşdı — FOTO

iqtisadiyyat

25-10-2019, 11:31

ƏDV-nin ləğvi xəbərindən sonra ət bazarından reportaj

cemiyyet

22-10-2019, 14:31

“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Bu gün, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Bu gün, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Bu gün, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Bu gün, 10:00
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Bu gün, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Dünən, 16:00
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Bu gün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Bu gün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bu gün, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bu gün, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bu gün, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bu gün, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bu gün, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bu gün, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bu gün, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bu gün, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bu gün, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Bu gün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Bu gün, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bu gün, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bu gün, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bu gün, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bu gün, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bu gün, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dünən, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dünən, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dünən, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dünən, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • Dünən, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dünən, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dünən, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dünən, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dünən, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dünən, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dünən, 11:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dünən, 11:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dünən, 11:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dünən, 09:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə