27-01-2022, 10:52
İndi də Ağstafa məktəbi ilə bağlı AJİOTAJ YARANIB... - Rüşvət istəyən direktorun səsyazısı yayıldı



Məktəb direktorunun müəllimdən rüşvət tələb etməsi barəsində sosial şəbəkələrdə səs yazısı yayılıb.

KanalS.az xəbər verir ki, səs yazısının müəllifi videodakı səsin müəllimdən rüşvət tələb edən Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovaya aid olduğunu iddia edir.

Bu səs yazısına qulaq asanda bir daha əmin olmaq olur ki, Ağstafa RTŞ-nin müdiri Mədət Zeynalov rayon təhsilinin “anasını necə ağlar” günə qoyub?!

Rayon əhalisinin Mədət müəllimdən təhsilimizin inkişafı üçün “mədət diləməsi” kimi absurd bir fikirdə olduğu bir daha tam çılpaqlığı ilə ortadadır.

Onu da qeyd edək ki, bu Mədət Zeynalov Ağstafa Rayon məhkəməsinin çıxarılmış qətnaməsini qeyd-şərtsiz icra etməli olduğu halda, amma maddi maraqlar və şəxsi intiriqalar hissi ilə alışıb yandığında icra etmir. Bu haqda geniş materalimiz olacaq.



Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın