14-01-2022, 10:35
XİN: "Azərbaycan-Türkiyə münasibətləri ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb"

XİN: "Azərbaycan-Türkiyə münasibətləri ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb"


Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

Paylaşım qurumun tviter səhifəsində dərc edilib.

“Bu gün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ilidir. Bu illər ərzində qardaş ölkələr arasında əlaqələr ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb. Bir millətik, iki dövlət”, - tvitdə qeyd olunub.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın