20-12-2021, 12:31
Xuraman xanım Muradova: Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərək dünyaya tanıtmaqdır

Xuraman xanım Muradova: Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərək dünyaya tanıtmaqdır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Milan" Hospitalının Təsisçi Baş direktoru Xuraman xanım Muradovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Milan" Hospitalının Təsisçi Baş direktoru Xuraman xanım Muradova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xuraman xanım Muradova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Milan" Hospitalının Təsisçi Baş direktoru Xuraman xanım Muradovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Milan" Hospitalının Təsisçi Baş direktoru Xuraman xanım Muradova Vətən uğrunda gedən döyüşlərdə ağır yaralar almış çox sayda qazilərimizi təmənnasız müalicələyə götürmüş və sağlıqlarına qovuşdurmuşdur.



Klinikamız 1 yanvar 2014 -cü ildə Bakı şəhəri, Nərimanov rayonunda , işində tam peşəkar və tibbi ixtisaslaşmış mütəxəssis heyyəti ilə fəaliyyətə başlamışdır. Klinikamızda tibb elminin standartlarına cavab verən ən son model Avropa istehsalı avadanlıqlarla 24 saat yerli və xarici pasientlərimizə xidmət göstərilir. Göstərdiyimiz VİP xidmət, məsuliyyətli və gülərüz kollektiv, dəqiq proqnoz və müasir tələblərə cavab verən avadanlıqlarla aparılan hər növ laboratoriya analizləri klinikamızın açıq fərqlə Azərbaycandaki bir çox klinikalardan daha üstün olduğunu göstərir. Klinikamız gündən günə inkişaf edir və müalicədə dünya standartlarını tətbiq edir.



Klinikamız sizə nə vəd edir:
Dəqiq laboratoriya analizləri
Məsuliyyətli həkim müayinəsi
Hər pasientə individual yanaşma
Ən son model tibbi texnologiya ilə müayinə və müalicə


Klinikamızda pasientlərimizə yüksək səviyyədə və keyfiyyətdə cərrahi-stasionar, son dərəcə dəqiq laboratoriya analizləri ilə laboratoriya xidmətləri , ən müasir avadanlıqlardan istifadə olunaraq Fizioterapiya, Diaqnostika, və Ambulator xidmətlər göstərilir.

Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərək dünyaya tanıtmaqdır.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın