8-10-2021, 12:50
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan - Xəyyam Fərəcov



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xəyyam Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Məktəb Nizami Nərimanovun adını daşıyır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbimiz gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. Məktəbdə 42 sinif otağı, biologiya, fizika, kimya və 2 İnformatika kabineti fəaliyyət göstərir. Məktəb 1050 yerlikdir. Məktəbdə 1 akt zalı, 1 idman zalı,1 bufet,1 kitabxana,1 tibb otağı şagirdlərə xidmət göstərir. Məktəb Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2013-ci ildə əsaslı təmir edilmişdir və cənab Prezidentimiz İlham Əliyev məktəbin açılışında iştirak etmişdir. Hal-hazırda məktəbdə 1247 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 97 nəfər müəllim məşğul olur. Müəllimlərdən 93 nəfər müəllim ali təhsilli,4 nəfər isə orta ixtisas təhsillidir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın