16-09-2021, 12:57
Məşhur rus saytında Mahirə qarşı biabırçı hərəkət - FOTO

Məşhur rus saytında Mahirə qarşı biabırçı hərəkət - FOTO


Rusiyanın məşhur idman saytlarından olan "Sports.ru" milli komandamızın və Polşa "Legiya"sının üzvü Mahir Emrelini erməni futbolçu kimi təqdim edib.
Offsideplus xəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Moskva "Spartak"ı ilə "Legiya" arasında keçirilən görüşün (0:1) canlı nəticələrini yayımlayan sayt 24 yaşlı hücumçunu erməni futbolçu kimi qələmə verib.

Qeyd edək ki, Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın