Xəbər lenti
» » Kliçko yenidən Kiyev meri seçildi

Kliçko yenidən Kiyev meri seçildi

Tarix: 16 noyabr 14:58
Kliçko yenidən Kiyev meri seçildi


Ukraynada mer seçkilərinin ikinci turu baş tutub.

Səsvermə noyabrın 15-də Ukraynanın əhalisi 90 min nəfərdən artıq olan 28 şəhərində və paytaxt Kiyevdə keçirilib.

Rəsmi məlumata görə, seçicilərin 34 faizi səsverməyə qatılıb.

İlkin nəticələr Vitali Kliçkonun yenidən Kiyevin meri seçildiyini göstərir.

Oktyabrın 25-də, seçkilərin birinci turunun «exit-poll» nəticələri açıqlanandan sonra prezident Pyotr Poroşenko bildirmişdi ki, ölkənin qərbində və mərkəzində hakimiyyət nümayəndələri öz üstünlüyünü saxlamaqdadır.

Şimal və şərqdə isə seçicilər müxalif blokun namizədlərinə daha çox səs veriblər.

Donetsk və Luqansk vilayətlərində və Rusiyanın ilhaq etdiyi Krım yarımadasında səsvermə keçirilməyib.


PATRIOT.AZ
 Oxunub: 234 


Oxşar xəbərlər:
Ən çox oxunanlar