7-04-2021, 10:50Jurnalistlərin Zəngilana səfəri başlayıb

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.
“Report” xəbərinə görə, səfərdə məqsəd işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir.
Səfər zamanı jurnalistlər Zəngilan şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirəcəklər və ərazidə ağaclar əkəcəklər.
Daha sonra isə rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə baxış keçiriləcək. Həmçinin jurnalistlər Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın
Oxşar mövzular:

Azərbaycanın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir - AÇIQLAMA

Prezident: "Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib"

Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı sənəd imzaladı

Yardımlıda meşə yanır

Azərbaycanda daha bir meşə zolağı yanır — Yerli əhali yanğını söndürməyə kömək edir