2-03-2021, 10:54Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.
"Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.
Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq", - nazirlik bildirib.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın
Oxşar mövzular:

Təhsil naziri müəllimləri təbrik edib

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılmasına Bakı Şəhər Təhsil İdarəsi mövqe bildirib

Təhsil İdarəsi açıqladı: Müəllimlər günündə pul yığılması...

Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz