23-02-2021, 16:00Rusiya Qarabağa növbəti humanitar yardım göndərib

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib.
“Report” xəbər verir ki, bunu nazirliyin əməkdaşı Yebgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub.
O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndinə çatacaq.
FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın
Oxşar mövzular:

MN: Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Kəlbəcərə 150 ton humanitar yardım gətirib - FOTO

Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi - VİDEO

Pakistan Azərbaycana humanitar yardım göndərib - FOTO

Son sutka ərzində Rusiya Qarabağa 20 təyyarə göndərib