13-01-2021, 10:28
İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi

İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi


Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.

Oxu.az xəbər verir ki, ötən ilin iyul ayının 13-də həqiqi hərbi xidmətə yollanan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət xəbər olmayıb. O, sonuncu dəfə oktyabrın 9-da evə zəng vurub, döyüşə gedəcəklərini bildirib. 

İ.Məmmədov və bir neçə silahdaşı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

İ.Məmmədov bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunacaq.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın