29-12-2020, 08:28
Türkiyədən Hadrutdakı erməni təxribatına - SƏRT REAKSİYA

Türkiyədən Hadrutdakı erməni təxribatına - SƏRT REAKSİYA


Silahları təhvil verməyi və geri çəkilməyi rədd edən erməni silahlı qüvvələrinin yuxarı Qarabağdakı Azərbaycan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 9 noyabr Bəyanatı ilə müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.
"Ölkə.Az" xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy çıxış edib.

Aksoy 26 noyabr, 8 və 11 dekabr tarixlərində və son olaraq 27 dekabrda erməni silahlı birləşmələrinin hücumları nəticəsində hərbi və mülki itkilərin olduğunu bildirib.

Atəşkəs rejiminin pozulmasında əsas məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü deyən Aksoy Azərbaycanın erməni silahlı elementlərinin bu təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verdiyini vurğulayıb:

"Ermənistan bölgədə davamlı sülhdə pay sahibi olması üçün gerçəkləri yerində qəbul etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Bundan əlavə, Aksoy şəhid olan hərbçimizə görə Azərbaycana başsağlığı verib. axar.az
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın