8-12-2020, 14:54
Bu şəhər və rayonlara giriş-çıxış dayandırılır - SİYAHI

Bu şəhər və rayonlara giriş-çıxış dayandırılır - SİYAHI


2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar verib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın