26-11-2020, 14:02
Daxili İşlər naziri Elşad Hacıyevə yüksək vəzifə verdi

Daxili İşlər naziri Elşad Hacıyevə yüksək vəzifə verdi


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.
Oxu.az verdiyi məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

E.Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti şöbəsi ləğv olunub.

Faktı DİN mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın