20-11-2020, 14:29
Əhməd Əhmədzadə: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu xalqımızın xəyalını reallığa çevirdi

Əhməd Əhmədzadə: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu xalqımızın xəyalını reallığa çevirdi


Qubadlı Suvarma Sistemləri İdarəsi bərpa edilib



Noyabrın 14-də işğaldan azad edilmiş ərazilərdə melirasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan edilib.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə elan edib.

Tədbirdən sonra Qubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.

İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini rəhbərliyi ilə Komissiya yaradılıb.

Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, 7 nasos stansiya, 129 ədəd suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) olub.

Xatırladaq ki, Cənab Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Həmin komissiyanın tərkibində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC - də nümayəndəsi var. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Komissiya tərəfindən bütün sahələrdə olduğu kimi su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə - Sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkəmiz doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün əks-həmlə əməliyyatlarına başladı və 44 gün ərzində öz torpaqlarını yağı düşməndən azad etdi. İkinci Vətən müharibəsini yaşadıq. Siyasi meydanda qələbəni hərbi gücümüz təmin etdi. Azərbaycan Ordusu öz sözünü dedi və düşmənə qan uddurdu. Nəhayət, 44 günlük müharibənin yekunu Bəyanatın imzalanması ilə oldu. Cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu. Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
Məhz noyabr ayının 10-da imzalanan bəyanatla Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bəyanat Ermənistanın kapitulyasiyası idi. Faktiki olaraq Ermənistan tərəfi müharibədən məğlub çıxmış olduğunu bu bəyanatla təsdiq etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə bəyanatı imzalamaqdan imtina etməsinə baxmayaraq, sonradan imzalamaq məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan bu bəyanatı Azərbaycanın dəmir yumruğunun hesabına imzaladı.
Bəyanatla uzun illər ərzində davam edən işğala son qoyuldu, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edildi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da Naxçıvanın 30 illik blokadasına son qoyuldu və türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edildi.
Bəyanatın ən mühim üstünlüyü ondan ibarət oldu ki, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə onda yer almadı. Belə ki, Qarabağa heç bir status, muxtariyyət verilmədi.
10 noyabr tarixli bəyənatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürdü. Bu prosesə, eyni zamanda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək ki, bu da münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində müstəsna rol oynayacaqdır.
Beləliklə, 10 noyabr bəyanatı Azərbaycan Dövlətinin tarixi bir qələbəsidir. Bu bəyanat Azərbaycanın siyasi iradəsi, əzmi və gücüdür. Bənayatla təsdiq olundu ki, Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın