12-11-2020, 10:33
Dağlıq Qarabağa Rusiyanın hərbi helikopterləri də nəzarət edəcək

Dağlıq Qarabağa Rusiyanın hərbi helikopterləri də nəzarət edəcək


Rusiyanın Hərbi Kosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatında fəaliyyət göstərəcək.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənməsi üçün istifadə ediləcək. Həmçinin onlar çətin relyefli rayonlara sülhməramlıları və mülkünü daşıyacaq.

Qeyd edək ki, son sutkada Dağlıq Qarabağa 414 rusiyalı sülhməramlı hərbçilər, çox sayda avtomobil, 8 helikopter və pilotsuz uçan aparatlar yerləşdirilib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın