Xəbər lenti
» » Bakıda 78 yaşlı qadının brilliantlarını kim apardı?

Bakıda 78 yaşlı qadının brilliantlarını kim apardı?

Tarix: 02 noyabr 10:39
Bakıda 78 yaşlı qadının brilliantlarını kim apardı?


Bakıda naməlum şəxslər keçmiş məhkum qadının əl-qolunu bağlayıb brilliantlarını aparıblar.

PATRIOT.AZ bildirir ki, Binəqədi rayonu 3-cü mədən korpusunda yaşayan keçmiş məhbus, 1937-ci il təvəllüdlü Zemfira Baxşəliyevanın evinə şəxsiyyəti müəyyən olunmayan iki quldur basqın edib.

Səhər saat 08 radələrində iki nəfər maskalı şəxs həyətyanı hasardan aşaraq evin açıq qalan qapısından içəri giriblər. Quldurlar 78 yaşlı qadının əllərini və ağzını "skotç"la bağlayıblar.

Bundan sonra maskalı şəxslər qadını taxta parçası və bıçağın arxa hissəsi ilə vuraraq evdəki pulun və qızılın yerini deməyə məcbur ediblər. Həmin şəxslər evdən 20 min manat pul və 1 ədəd brilliant qaşlı üzük tapıb götürüblər. Gedərkən isə döyərək xəsarət yetirdikləri qadının qulaqlarından brilliant qaşlı sırğa dəstini çıxarıb aparıblar.

Hadisədən sonra Zemfira Baxşəliyeva 102 xidmətinə məlumat verib, özü isə xəstəxanada yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Binəqədi RPİ 4-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır

PATRIOT.AZ
 Oxunub: 182 


Oxşar xəbərlər:
Ən çox oxunanlar