Xəbər lenti
» » Dövlət Baxçalı istefa xəbərini təkzib etdi

Dövlət Baxçalı istefa xəbərini təkzib etdi

Tarix: 02 noyabr 10:11
Dövlət Baxçalı istefa xəbərini təkzib etdi



Xəbər verdiyimiz kimi, Türkiyədə parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra MHP lideri Dövlət Baxçalının istefa xəbəri yayılıb.

Musavat.com-un məlumatına görə, MHP xəbəri dərhal təkzib edib. Gecə saatlarında isə D. Bahçeli yazılı açıqlama verib.

Açıqlamada deyilir: “Millətimiz koalisiya hökuməti qurmaqdan qaçan AKP-yə təkbaşına hökumət qurma vizası verdi. MHP isə dövlət və iqtidarın imkanlarıyla mübarizə apararaq, milli və tarixi əmanətlərə sahib çıxaraq, ən əsası bütün hiylələri pozaraq səs və millət vəkili sayı yetərli olmasa da TBMM-də təmsil olunmaq imkanı qazandı”.

* * *22:26

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın rəhbəri vəzifəsindən istefa verib.

Buna səbəb kimi MHP-nin bu gün Türkiyədə keçirilən təkrar parlament seçkilərində məğlubiyyəti göstərilir.

Qeyd edək ki, ilkin nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb. Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.

'PATRIOT.AZ
 Oxunub: 174 


Oxşar xəbərlər:
Ən çox oxunanlar