20-10-2020, 10:13
Tramp düşmənlərinin kimliyini AÇIQLADI

Tramp düşmənlərinin kimliyini AÇIQLADI


ABŞ Prezidenti Donald Tramp Arizona ştatında keçirilən seçkiqabağı mitinq zamanı düşmənlərinin adını açıqlayıb.
Tramp rəqibi Co Baydendən başqa, solçu KİV-lər, texnologiya nəhəngləri və “Vaşinqton bataqlıları” ilə mübarizə apardığını deyib.

Aydındır ki, o, sonuncu termində müəyyən qanunların müəyyən sektorlar və şirkətlərin lehinə qəbul edilməsini müdafiə edən lobbi sənayesini nəzərdə tutur.

Bir müddət əvvəl Tramp Federal Təhqiqatlar Bürosunu Baydenlə bağlı araşdırmalar aparmağa çağırıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın