19-10-2020, 16:30
Kamaləddin Qafarov: “ Qələbəmizin addım səsləri daha aydın şəkildə eşidilir”



“Oktyabrın 17-də gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması, nəticədə dinc sakinlərin- qadınların, qocaların və uşaqların həlak olması bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir.”

Patriot.az xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov söyləyib.

O, bidirib ki, gecə saatlarında erməni faşistlərinin Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutması nəticədə 14 dinc sakin, o cümlədən 4 qadın, 3 azyaşlı uşağın həlak olmuş, 2 uşaq itkin düşmüş və 50-a yaxın dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Beləliklə, döyüş meydanlarından çox-çox uzaqlarda öz gündəlik mülki qayğıları ilə yaşayan zaman qətlə yetirilmiş vətəndaşlarımızın sayı 60-a çatıb. Bu, bəşəriyyət əleyhinə amansız cinayət, bütün müharibə qanunlarına və insanlığa zidd olan fövqəladə vəhşilikdir. Bu qanlı əməllə Ermənistanın azğın rəhbərliyi növbəti dəfə hərbi cinayət törətmiş, öz vəhşi, cəllad xislətini bir daha təsdiqlənib. Gəncə şəhərinin, eləcə də digər şəhər və kəndlərimizin raket-artilleriya atəşinə tutulması nəticəsində yüzlərlə ailə evsiz-eşiksiz qalıb.

Oktyabrın 16-da Naxçıvanın Ordubad rayonuna və bir gün sonra da Gəncəyə və digər rayonlarımıza edilən raket hücumları bir daha göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda faciəvi məğlubiyyət və qorxunc bir son ərəfəsində olduqu üçün müharibənin miqyasını hər vasitə ilə böyütməyə çalışır. Nəhayət, oktyabrın 18-də əldə olunmuş atəşkəs rejiminin cəmi bir neçə dəqiqə sonra pozulması, Ermənistan haqqında olan ən pis fikirləri bir daha təsdiqlədi.

Millət vəkili demişdir ki, bu xain hücumlarla Azərbaycan xalqını qorxutduqlarını düşünən qorxaq, miskin erməni işğalçıları, son dövrlərdə dəfələrlə olduğu kimi, yenə də səhv edir, yanılırlar. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyildir. Bu cür quldur metodları ilə Azərbaycanı sarsıtmaq, onu haqq yolundan döndərmək qeyri-mümükündür və bu sonsuz inamın nəticəsini onlar qısa zaman kəsiyində bir daha yəqin edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, “ ...Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərdi. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz".

Millət vəkili bildirib ki, dinc əhaliyə əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq müharibə cinayətidir və erməni quldurları bu cinayətə görə məsuliyyət daşıyacaqlar. Gəncəyə, eləcə də digər şəhər,rayon və kəndlərimizə edilən alçaq erməni hücumları XXİ əsrin ən dəhşətli soyqırımıdır. Onların cavabı döyüş meydanında artıqlaması ilə veriləcək. Şəhid olan günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Prezidentimizin də dediyi kimi, "Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir".
Füzuli, Cəbrayıl şəhərlərinin, Hadrut qəsəbəsinin və 60-a yaxın kəndin işğaldan azad edilməsi, Xudafərin üzərində yenidən Azərbaycan bayrağının dalğalanması, düşmənin vahimə və panika içərisində döyüş meydanından qaçması böyük Qələbəmizin addım səslərini daha aydın şəkildə eşitdirir.
Kamaləddin Qafarov döyüş meydanlarında, dinc yaşayış məntəqələrinə düşmən hücumlarında , həmçinin Gəncə şəhərində həlak olan soydaşlarımıza Allahdan rəhmət və yaralılara şəfa arzulayaraq demişdir ki, Ermənistanın süqut ərəfəsində olan hazırkı quldur hərbi-siyasi hakimiyyəti bununla nə Silahlı Qüvvələrimizi, nə də mülki əhalini qorxuda biləcək. Azərbaycan xalqı mərddir, heç nədən çəkinmir, qorxmur.

Qələbə bizim olacaq!

Qarabağ Azərbaycandır!

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın