Xəbər lenti
» » Həbs xəbəri yayılan departament rəisi ilə bağlı yeni məlumat

Həbs xəbəri yayılan departament rəisi ilə bağlı yeni məlumat

Tarix: 30 oktyabr 14:00
Həbs xəbəri yayılan departament rəisi ilə bağlı yeni məlumat



Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub.

"Azərsu'' ASC-dən Trend-ə bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu'' ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb".

Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsi 34-cü bölməsinin əməkdaşları həbs ediblər.

PATRİOT.AZ
 Oxunub: 372 


Oxşar xəbərlər:
Ən çox oxunanlar