Xəbər lenti
» » Bakıda lombard sahibi olan bu qadın yüzlərlə adamı aldadıb qaçdı

Bakıda lombard sahibi olan bu qadın yüzlərlə adamı aldadıb qaçdı

Tarix: 30 oktyabr 12:30
Bakıda lombard sahibi olan bu qadın yüzlərlə adamı aldadıb qaçdı


APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Saytın əldə etdiyi məlumata görə, Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub. Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüblər. Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir.

Nərimanov Rayon Polis İdarəsindən sayta bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub. Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


PATRİOT.AZ
 Oxunub: 311 


Oxşar xəbərlər:
Ən çox oxunanlar