3-10-2020, 19:49
İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib


Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Ona tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın