Koronavirus pandemiyası qlobal iqtisadiyyatda yartadığı qeyri-müəyyənlik səbəbindən dünya ölkələrində iqtisadi tənəzzül davam etdiyi bir zamanda, digər ölkələr qarşısında olduğu kimi Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağrışlar qoyub.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan da indidən postpandemiya dövrünün tələb və çağırışlarına uyğun olaraq öz iqtisadiyyatını qurmaq istiqamətində mühüm addımlar atmaqdadır. “Bu məqsədlə həm pandemiyanın iqtisadiyyata vurduğu mənfi təsirlərin azaldılması istiqamətində müvafiq qərarlar qəbul edir, həm də postpandemiya dövrünə hazırlaşmaqla yeni iqtisadi modelin tətbiqi istiqamətində işlər görülməkdədir”- deputat qeyd edib.
Deputat bildirib ki, postpandemiya dövründə yeni modelin tətbiqi zamanı iqtisadi siyasətinin əsas prioritetləri tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi sahələri olacaq. “Artıq postpandemiya dövrünə hazırlıq məqsədi ilə indidən bir sıra sturkturlar yaradılır. Dövlət İnvestisiya Holdinqinin, İqtisadi Şuranın yaradılması buna misal olaraq göstərə bilərik. Hökumət bu yolla ölkə iqtisadiyyatında effektivliyi təmin edib, inkişaf mərəhələsinə qədəm qoyması üçün investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəliliyinin artırılması, rəqabət qabiliyyətliliyin təmin olunmasına nail olmağa çalışır. Yeni özəlləşdirmə proqramı hazırlanmaqdadır. Bütün atılan addımların məqsədi ölkəmizi postkorona dövründə daha əlverişli mövqelərə çıxarmaqdan ibarətdir və cənab Prezidentin çevik siaysəti nəticəsində bu istiqamətdə bütün zəruri addımlar atılaraq, buna ciddi zəmin yaradılır. Ölkə ərazisində yaradılan və yaradılması nəzərdə tutulan sənaye parkları və məhəllələri bu cəhətdən müstəsna rol oynayacaq”- deputat vurğulayıb.
İ.Məmmədov əlavə edib ki, fəaliyyət göstərən sənaye parklaır və məhəllələri ölkənin qeyri-neft sektorunun inkişafında müstəsna rola malik olacaq: “Artıq biz bunun bəhrələrini görməkdəyik. Məhz sənaye parkları və məhəllələrinin fəaliyyəti nəticəsində pandmeiya dövründə ölkə iqtisadiyyatına dəyə biləcək ziyanlar minimuma endirilib. Cənab Prezident bunu Sumqayıt Kimya Sənaye Parkında çıxışı zamanı xüsusi qeyd etdi. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətə başladığı dövr ərzində məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika müşahidə edilməkdədir. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsal edib ki, bunun da böyük bir hissəsi ixrac olunub. Pakrın fəaliyyət göstərməsi eyni zamanda ölkədə işsizlik probleminin həllində də müstəsna rola malikdir. Hazırda Sumqayıt Kimya Sənayesi Parkında fəaliyyət göstərən müəssisələrdə 6000-ə yaxın insan daimi işlə təmin olunub.
Hesab edirəm ki, Cənubi Qafqazın ikinci ən böyük sənaye mərkəzi olan Sumqayıt Sənaye Parkı bundan sonra daha da inkişaf edəcək və burada yeni-yeni istehsal müəssisləri fəaliyyət göstərəcək. Xüsusən də ixracyönümlü məhsulların, həmçinin daxili bazarı təmin edəcək yerli məhsulların istehsalı qarşıda duran əsas hədəfdir. İnanıram ki, Sumqayıt Sənaye Parkı istər pandemiya dövründə ölkə iqtisadiyyatəna dəyən mənfi təsirlərin aradan qalxmasında, həm də postpandemiya dövründə ölkə iqtisadiyyatının yenidən aktivləşməsini bərpa edilməsində müstəsna rol oynaya biləcək.
Bu məqsədlə ölkə başçısı müvafiq qurumlara öz göstərişlərini verib. Cənab Prezident eyni zamanda daxili bazarın idxalatdan asılığını azaltmaq üçün qeyri-neft sektorunun digər sahələrinin inkişaf etdiriləməsinə və bu sahələrə investisiyaların cəlb olunmasının vacibliyini qeyd edib. Ölkə başçısının söylədiyi kimi sahibkarların idxalatdan asılılığın azaldılması istiqamətindəki təşəbbüslərinə böyük diqqət göstərilməlidir. Onlara dövlət tərəfindən onlara dəstək verilib, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın. Bu həm də yeni iş yerləri və postpandemiya dövründə sosial-iqtisadi vəziyyətin qısa zamanda yaxşılaşmasına gətirib çıxaracaq amillərdən biridir. Düşünürəm ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün qanunvericilik bazası da dövrün tələbinə uyğun formada təkmillərşdirilməlidir. Lazımdırsa, yeni qanunlar hazırlanıb, qəbul edilməlidir ki, Azərbaycan iqtisadiyyatı qısa zamanda yeni dövrün çağrışlarına uyğun iqtisadi modelini qısa zamanda uğurlu şəkildə tətbiq edə bilsin. Ona da əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı pandmeiyadan əvvəl olduğu kimi qısa zaman ərzində öz aktivliyini bərpa edib, növbəti inkişaf mərhələsinə qədəm qoyub, öz yeni iqtisadi modeli ilə dünyaya nümunə olacaq”.