15-09-2020, 13:15
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım


Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü ilə bağlı məktəbliləri və tələbələri təbrik edib.
O, fikirlərini rəsmi “Instagram” hesabında paylaşıb:
“Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!”
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın