3-09-2020, 11:16
““Neftçi” daha bir utancverici hadisəni tariximizə yaza bilər”

““Neftçi” daha bir utancverici hadisəni tariximizə yaza bilər”


“Futbolda rəqibi alçaltmaq yoxdur. Vaxtı ilə “Ostersun” və “Tromse” faciələri yaşanıb. Bu halda hansı rəqibə saymamazlıq etmək olar?”

Bunu Türkiyənin tanınmış futbol yazarı Ahmet Çakır Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununu dəyərləndirərkən deyib.

İdman yazarı rahatçılığın “Qalatasaray”a baha başa gəlməsindən narahatlığını vurğulayıb: “Neftçi” pandemiyanın yaratdığı fasilədən sonra “cim-bom”un çöküşünü başladan “Rizəspor”un etdiyini təkrarlaya bilər. Bununla yanaşı, uzun illər əvvəl “Qalatasaray” heç kimin gözləmədiyi halda “Mançester Yunayted” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıbsa, “Neftçi”nin də buna şansı var. Əgər bu şeylər düşünülməsə, Bakı klubu daha bir utancverici hadisəni tariximizə yazacaq. Rəqibin bu cür uğurlara ac olması onlar üçün böyük motivasiyadır. “Qalatasaray” mövsümə tam hazır olmadığından, onların istəyi reallaşa bilər”.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın