25-08-2020, 08:44
Abidin Fərzəliyevin TENDER ƏMƏLİYYATLARI - Vətəndaşların haqqın yeyən icra başçısı prezidenti necə aldadır?

Abidin Fərzəliyevin TENDER ƏMƏLİYYATLARI - Vətəndaşların haqqın yeyən icra başçısı prezidenti necə aldadır?


Prezident İlham Əliyevin yüksək vəzifələrə təyin etdiyi İcra Hakimiyyəti Başçılarının qanunsuz əməl və hərəkətləri barədə ictimai narazılq yaradan faktları kifayət qədərdir. Onların dövlət əmlakını talamaları, rüşvət və korrupsiya hesabına şəxsi biznes qurmaları, hətta xarici ölkələrdə yatırım qoymaları haqqında mətbuatda vaxtaşırı məlumatlar verilir. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin fəaliyyəti də bu sırada dayanır.

Nərimanov rayonu Z.Xəlil küçəsində sökülmüş 2 saylı binanın sakinləri redaksiyaya müraciət edərək bildirmişlər ki, onların yaşadıqları binanı söküb ərazisinə sahib çıxan "R.R.Konsturuktions" MMC müqavilədə nəzərdə tutulan ödənişləri ödəməyi müxtəlif bəhanələrlə süründürür, pulları tam və ya ümumiyyətlə ödəmir. Sakinlərin haqlı şikayətlərinin qarşısı Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyev tərəfindən alınır.

Beləki, 24 fevral 2020-ci il tarixdə Bakı şəhər sakini Qədirov Səbri Ağalar oğlunun müraciəti əsasında məqalə dərc edib sözügedən söküntü ilə bağlı onun mülki huquqlarının pozulduğunu göstərmişdi. Narazı sakinlər bildirirlər ki, Nərimanov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu və qardaşı Nadir Abdullayev "R.R.Konsturuktsions" MMC- nin tender əməliyyatlarına görə Abidin Fərzəliyevə külli miqdarda pul ödəyirlər. Rəfail Abdullayev Nərimanov rayon İcra Hakimiyyətində işlədiyi dövrdə maliyyə maxinasiyaları törətdiyi üçün Abidin Fərzəliyev onu cinayət məsuliyyətindən yayındırmaqdan ötrü işdən azad etmişdir. Lakin fakt üzrə Prokurorluq orqanlarında araşdırma aparılmasına baxmayaraq, Abidin Fərzəliyevin himayəsi ilə cinayət işinin istintaqına başlanmasının qarşısı alınmışdır. Hal-hazırda da Rəfail Abdullayev və qardaşı Nadir Abdullayev qanunsuz əməllərini Abidin Fərzəliyevin dəstəyi ilə həyata keçirirlər.

Bakı şəhər sakini Qədirov Səbri Ağalar oğlu daha sonra bildirib:

“Mənim Nərimanov rayon Z.Xəlil küçəsində 31 kvadratlıq sənədsiz evim var idi. “RR Constuructions” MMC qeyd olunan ünvanda qəzalı vəziyyətdə olan binanı sökəndə rəsmi müqavilə bağlandıqdan sonra mənim də 31 kvadrat metrlik evimi sökdülər. Yalnız evin söküntüsü başa çatdıqdan sonra “RR Constuructions” MMC məndən evin sənədlərini tələb etdi. Mən başa düşə bilmirəm ki, bu nə özbaşınalıqdı? Mənimlə rəsmi qaydada müqavilə bağlayıb mülkümü sökəndən sonra məndən sənəd tələb etmək hansı məntiqin məhsuludur? Onlar mənim rəsmi sənədlərimin olmadığını bilirdilər. Mən öz hüquqlarımın müdafiəsi üçün bütün zəruru addımları atıram. Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyevin himayə etdiyi işbazlar mənim mülkiyyət hüquqlarımı pozub.

Qeyd edək ki, sökülən binanın sakinləri "R.R.Konstuructsions" MMC- nin rəhbərliyinin onların hüquqlarını pozması barədə ölkə rəhbərliyinə və aidiyyatı dövlət orqanlarına dəfələrlə şikayətlər etdiklərini, lakin hal - hazıra kimi tədbir görülmədiyini, Nərimanov rayon İHB-sı Abidin Fərzəliyevin onları qəbul etməkdən imtina etdiyini bildirirlər.

\Mövzunu davam etdirəcəyik.
ixa.az
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın