18-08-2020, 14:44
Baş İnfeksionist ÜST-nın YENİ qərarından DANIŞDI — Bizdə də karantin rejimi...

Baş İnfeksionist ÜST-nın YENİ qərarından DANIŞDI — Bizdə də karantin rejimi...


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. Baxmayaraq ki, uzun müddət bunun əksini tələb edirdi. ÜST dünyanın demək olar ki, bütün ölkələrinə pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. İndi təşkilatın baş epidemioloqu Maria Van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yuxarıdakı fikirləri Ümumdünya Səhiyyə Təşkilatından öncə mən söyləmişəm. İstər sərt karantin rejimi olsun, istərsə də yumşalmalar biz Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etsək yoluxmaların sayı o qədər də yüksək olmaz:

"Düzdür, qaydalara əməl etməyənlərə görə yoluxmalar artsa da, bu o qədər də yüksək olmayacaq. Sevindirici haldır ki, insanlarımızın maskadan istifadə edir, sosial məsafəni qoruyur, sanitar-gigyenik qaydalara əməl edirlər. Təəssüf ki, qaydalara əməl etməyənlər də var. Onların hesabına yoluxanlar olur.
Bu nöqtəyi nəzərdən düzgün fikirdir ki, karantin rejimi olsa da, olmasa da xəstələnmə halları baş verəcək. Tövsiyələrə əməl olunarsa yoluxma sayı qatbaqat aşağı düşəcək. Yoluxma sayı aşağı düşərsə normal həyatımıza da tez qayıda bilərik. Bununla da rahat şəkildə rayonlara gediş-gəliş, iri ticarət mərkəzləri və digər pandemiyaya görə bağlanılan müəssisələr də açıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatını tövsiyyələrini hər bir ölkə öz xüsusiyyətlərinə uyğun tədbiq edir. Bizim ölkəmizdə də vəziyyətə uyğun olaraq ÜST-ün tövsiyəsinə baxa bilər. Mən bu məlumatı oxumamışam. Ola bilər ki, mətbuatda yayılan xəbər doğru olmasın. Əgər həqiqətən belə bir tövsiyə olarsa Operativ Qərargah, Səhiyyə Nazirliyi,
TƏBİB və bu məsələdə mütəxəssislərimiz öz fikirlərini verə bilərlər.

Bu gün yoluxanların sayı 600-dən 124-ə düşdü. Əgər qaydalara əməl etməsək yoluxanların sayı yenidən qalxacaq. Çünki hələ bu epidemiya sönməyib. Bu xəstəliyi sağlam gəzdirənlər var. Avropa dövlətlərində, eləcə də qardaş Türkiyədə yoluxanların sayı çoxalır. Amma bizdə yoluxanların sayı müsbət dinamikadadır. Bu rəqəmlərin düşməsini və stabil saxlanılmasını istəyiriksə qaydalara əməl etməliyik".
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın