Xəbər lenti
» » Polis Bakıda 8 nəfəri həbs etdi

Polis Bakıda 8 nəfəri həbs etdi

Tarix: 26 oktyabr 11:36
Polis Bakıda 8 nəfəri həbs etdi


Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda müxtəlif cinayət əməlinə görə saxlanılan şəxslərlə bağlı məlumat yayıb.

PATRIOT.AZ həmin məlumata istinadən bildirir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Nicat Qurbanov tutulub. Bundan başqa Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 24-də E.Babayev küçəsində Bakı şəhər sakini, Alı Alıyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Xaliq Kələntərov tutulub.

Daha 6 nəfər isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb. Belə ki, Bakı şəhər BPİ NMİ və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri - 1976-cı il təvəllüdlü Alim Cavadovdan 0,173, 1964-cü il təvəllüdlü Əmrah Şeydayevdən 0,180, əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rüfət Babayevdən 0,169 və 1986-cı il təvəllüdlü Ramazan Şirəliyevdən isə 0,195 qram heroin götürülüb.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Əli Zeynalovdan və əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Əmir Dəmirovdan 1 kiloqramdan artıq marixuana götürülüb.

PATRIOT.AZ
 Oxunub: 309 


Oxşar xəbərlər:
Ən çox oxunanlar