1-08-2020, 12:55
Quba rayon Heydər Əliyev Mərkəzi – 15 il



27 iyul 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Mərkəzin fəaliyyətə başlamasının 15 illiyi ilə əlaqədar karantin qaydalarına uyğun olaraq tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Quba Heydər Əliyev Mərkəzinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik çıxışını və Mərkəzin fəaliyyətini əks etdirən video-çarxa tamaşa etmişlər.
Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini cənab Elxan Məhərrəmov açmış və 25 iyul 2005-ci ildən fəaliyyətə başlayan Quba Heydər Əliyev Mərkəzinin 15 illiyi ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi cənab Nazim Ağayevin və öz adından Mərkəz rəhbərliyini və kollektivini təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır.
Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri səlahiyyətlərin müvəqqəti icra edən cənab Tariel İbrahimov Quba Rayon İcra Hakimiyyəti başçısı cənab Ziyəddin Əliyevin adından Quba rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyini və kollektivini təbrik etmiş, gələcək fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulamış, kollektivə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əlyevin Fəxri Fərmanını təqdim etmişdir.
YAP Quba rayon təşkilatının sədri cənab Yusif Abidov tədbirdə çıxış edərək Quba Rayon Heydər Əliyev Mərkəzinin 15 illiyi ilə əlaqədar kollektivi təbrik etmiş, onlara ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin xalqa çatdırılmasında daha böyük uğurlar arzulamış, Mərkəzin yaradılmasının 15 illiyi ilə əlaqədar kollektivə Fəxri Fərman təqdim etmişdir.
Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova çıxış edərək İcra Hakimiyyətinin başçısı cənab Z.Əliyevə, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi cənab N. Ağayevə və YAP Quba rayon təşkilatının sədri cənab Y.Abidova Quba Heydər Əliyev Mərkəzinə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Quba Heydər Əliyev Mərkəzinin kollektivi Azərbaycan xalqının milli sərvəti olan Heydər Əliyev irsinin xalqa, xüsusən gənc nəslə çatdırılması üçün bundan sonra da səmərəli fəaliyyət göstərəcəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbycanda gedən yüksək sosial-iqtisadi, quruculuq, ölkə Prezidentinin daxili və xarici siyasəti, onun gördüyü misilsiz xidmətlər xalqa və gənc nəslə çatdırılacaqdır.







Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın