Yusif Abidovdan Qurban bayramı münasibətilə təbriki
cemiyyet
1-08-2020, 12:51
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli ”Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq,paklıq və Allaha inam və sevgi durur. İnanırıq ki, cənab Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tezliklə bütün işğal altında olan torpaqlarımız azad ediləcək və xalqımız bu müqəddəs bayramları o torpaqlarımızda qeyd edəcək və bu gün uzaqda deyil. Allah bütün kəsdiyimiz qurbanları qəbul etsin. Xalqımıza sülh, əminamanlıq bəxş etsin. Xalqımızı bu gözəl, müqəddəs bayram münasibətilə təbrik edirəm. Hər birinizə cansağlığı, xöşbəxtlik arzu edirəm. Bayramınız mübarək!