6-07-2020, 14:32
Virusoloq: “Moskvada koronavirusun ikinci dalğası olmayacaq”

Virusoloq: “Moskvada koronavirusun ikinci dalğası olmayacaq”


“Moskvada koronavirusun ikinci dalğası mümkün deyil”.
Bunu “İzvestiya”ya müsahibəsində rusiyalı virusoloq Pavel Volçkov söyləyib.

Rəsmi məlumata görə, Moskvada müayinə olunan vətəndaşların 20 faizində anticisimlər aşkarlanıb. Bununla birlikdə, yeni məlumatlara görə, populyasiyada T-hüceyrə immuniteti olan insanlar IgG anticisimləri olanlarla müqayisədə, 2-3 dəfə çoxdur.

Beləliklə, Rusiya paytaxtı sakinlərinin 40-60 faizində koronavirusa qarşı immunitetin yarandığını güman etmək olar.

Virusoloqun proqnoza görə, paytaxtda yoluxmuş insanların gündəlik artımı azalmağa başlayacaq və avqustun sonunda sıfıra yaxınlaşacaq. Bu müddətdə moskvalıların 80-90 faizində immunitet yaranacaq. /oxu.az/
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın