6-07-2020, 14:02
Koronavirus Çindən yayılmadı, dünyanın hər yerində var idi – Pofessordan ŞOK AÇIQLAMA

Koronavirus Çindən yayılmadı, dünyanın hər yerində var idi – Pofessordan ŞOK AÇIQLAMA


“Koronavirus Çinin Uhan şəhərindəki laboratoriyadan çıxmadı. Uzun müddətdir ki, dünyanın hər yerində yuxu rejimində idi”.

Bu barədə İngiltərənin nüfuzlu Oksford Universitetinin professoru Tom Cefferson danışıb.

Tibbi Faktlar Mərkəzinin mütəxəssisi olan Cefferson “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, dünya yuxu rejimində ikən ətraf mühit tərəfindən aktiv hala gələn virusla qarşı-qarşıyadır: “Virus Çində ortaya çıxmadan əvvəl Avropada görülməyə başlandı və buna dair sübutlar var. İspaniyanın epidemioloqları 2019-cu ilin mart ayında Barselonanın tullantı sularında yeni tip koronavirus aşkarlamışdı. Bundan başqa, koronavirusun izlərinə ötən ilin dekabr ayında İtaliyanın Milan və Turin, noyabr ayında isə Braziliyanın Florianopolis şəhərində rast gəlinib.

1918-ci ildə Qərbi Samoanın hər 3 sakinindən 1-i İspaniya qripi səbəbilə dünyasını dəyişmişdi. Bu xalqın xarici dünya ilə təması yox idi. Bunun da açıqlaması o ola bilər ki, viruslar heç bir yerdən gəlmir və heç bir yerə getmir. Onlar hər zaman hər yerdədir və aktiv vəziyyətə gətirən səbəblər var. Buraya dünya əhalisinin çoxluğu və ətraf mühit daxildir”, – professor qeyd edib. (publika.az)
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın