6-07-2020, 10:09
Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi — VİDEO

Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi — VİDEO


Həftəsonu məşhur otellərin birində dincələn aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib.

Pravda.az-ın xəbərinə görə, M.Heydərova müraciətində deyib ki, hər kəs qaydalara əməl etməlidir: "Biz nə vəzifəmizlə, nə də statusumuzla kimdənsə fərqlənirik. Hamımız eyniyik. İstirahət etdiyim zaman çəkdirdiyim şəkillər paylaşılmışdı. Bununla bağlı üzrxahlıq edirəm..."

Qeyd: Daxili İşlər Nazirliyinin iyulun 5-də yaydığı məlumata əsasən, Bakının Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib. Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.


Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın