29-06-2020, 13:16
Çexiyada yoluxma sayı sürətlə artır

Çexiyada yoluxma sayı sürətlə artır


Çexiyada 3 aydan sonra koronavirusa gündəlik yoluxma sayında yeni rekord göstərici qeydə alınıb.

Son 24 saat ərzində daha 305 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bildirilib ki, sonuncu dəfə belə göstərici aprelin 3-ü 332 yoluxma faktının aşkarlanması ilə qeydə alınıb. Mütəxəssislər məhdudiyyətlərin götürülməsi səbəbindən yoluxma hallarının artmağa davam edəcəyini proqnozlaşdırır. Belə ki, son 3 gündür ki, gündəlik yoluxma sayında davamlı artım müşahidə olunur.

Ölkə üzrə bu günə qədər 11 603 insan koronavirusa yoluxub. Onlardan 348 nəfər xəstəlik səbəbindən həyatını itirib, 7705 pasiyent müalicə olunaraq sağalıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın