16-06-2020, 08:41
Şəhid ailəsinin yerli məmurların haqsızlıqlarından Prezidentə ŞİKAYƏTİ

Şəhid ailəsinin yerli məmurların haqsızlıqlarından Prezidentə ŞİKAYƏTİ


Kainat.tv xəbər verir ki, Masallı rayonunun Qarğalıq kənd sakini, şəhid ailəsi Prezident İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya VİDEOMÜRACİƏT ünvanlayıb.

Müraciətdə vətəndaş İDDİA edir ki, Qarğalıq kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəliyi Sübhan Zalıyevdən Ölkə başçısına və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dəfələrlə müraciət etmişəm. Yerli məmurlar imkan vermirlər ki, ünvanladığımız məktublar, teleqramlar Sizə gəlib çıxsın.60 nəfərin imzası ilə rayon prokuroruna, İcra Hakimiyyətinin başçısına ünvanlanan müraciətdə bütün faktlar, dəlillər öz əksini tapmasına baxmayaraq bu günə qədər heç bir araşdırma aparılmayıb, məsələnin həlli ilə bağlı əməli tədbir görülməyib, əksinə ört-basdır edilib.

Bu və ya digər haqsızlıqlara, məmur özbaşınalığına göz yummadığıma görə məni məhkəməyə verib, hədə-qorxu yolu ilə susdurmağa çalışırlar.

Rayonda baş verən neqativ hallar, Sübhan Zalıyevin qanunsuz əməlləri barədə daha ətraflı VİDEOMÜRACİƏTDƏ.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın