30-05-2020, 12:27
Azərbaycanda yeni avtomobil bazarı açılıb - GÖYÇAYDA



Göyçay rayonunda yeni avtomobil bazarı fəaliyyətə başlayıb. Göyçay-Cəyirli-Bərgüşad yolunun 1-ci kilometrliyində, türk kərpic zavodunun yanında 3 hektar ərazidə inşa edilən müasir avtomobil bazarı alıcı və satıcıların istifadəsinə verilib. Bazarın açılışı günü Göyçay və digər rayonlardan 100-ə yaxın avtomobil satışa çıxarılıb. Həmin gün avtomobil bazarına xeyli müştəri də gəlib. Onlar arasında razılaşma əsasında avtomobil alanlar da olub. İlk bazar üçün satışa çoxlu sayda avtomobilin çıxarılması yaxşı göstərici hesab edilib. Hamı bazarda yaradılan şəraitdən və onlara göstərilən xidmətdən razı qalıblar. Bazarın açılış mərasiminə gələn rəsmi qonaqlar bildiriblər ki, vətəndaşların yağışlı və günəşli havada rahat alqı-satqı etməsi üçün yaradılan yüksək şəraitə görə bu bazarın Azərbaycanda analoqu yoxdur. Hamıya məlumdur ki, Bakıda və digər şəhərlərdəki avtomobil bazarları açıq havada fəaliyyət göstərir. Bu da alıcı və satıcıların yağışlı və günəşli havada əziyyət çəkməsinə səbəb olur. Göyçay avtomobil bazarının ərazisində rahat alqı-satqı üçün ofislər, dəmir konstruksiyalı müasir çardaqlar, avto dayanacaqlar, avtomobili yoxlamaq üçün geniş meydança, su anbarı, gecə işıqlandırma sistemi, bulaq, kafe və çayxana inşa edilib, əraziyə asfalt döşənib. Bazarın ərazisində avtomobil ustaları və avtoyuma məntəqəsi fəaliyyət göstərir. Bazar özəl mühafizə şirkətinin əməkdaşları və nəzarət kameraları vasitəsilə 24 saat mühafizə edilir. Bazara gələn alıcı və satıcılar heç bir rüsum ödəmədən xidmətlərdən pulsuz yararlanır. Azərbaycanın bütün bölgələrində avtomobil alveri ilə məşğul olan şəxsləri hər həftənin 3-cü günü Göyçay bazarına dəvət edirik. Siz Göyçay avtomobil bazarında sərfəli qiymətə aldığınız avtomobili şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə və Bərdə avtomobil bazarında sataraq qazanc əldə edə bilərsiz. Özü üçün avtomobil almaq istəyən vətəndaşlar isə digər bazarlardan fərqli olaraq Göyçay avtomobil bazarından daha ucuz qiymətə maşın ala bilər. Alıcı və satıcıların yolunu gözləyirik. Sizə pulsuz olaraq hər cür şərait yaratmağa hazırıq. Ünvan: Göyçay-Cəyirli-Bərgüşad-Ucar avtomobil yolunun 1-ci kilometrliyi, meyvə-tərəvəz məhsullarının topdansatış bazarının yanı. Telefon:050-451-90-30 (Şahnəzər), 051-313-20-08: (İlqar)






Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın